Yan 13, 2021 19:22 Asia/Baku

Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, Qarabağda rusiyalı sülhməramlıların sayının artırılmasına ehtiyac yoxdur.

SəhərAzəri xəbər verir ki, onun sözlərinə görə, uzun illərin düşmənçiliyindən və qanlı müharibədən sonra çoxsaylı mürəkkəb problemləri bir-iki görüşlə həll etmək təbii ki, mümkün deyil. Bunun üçün çoxsaylı görüşlər keçirilməlidir. Əldə olunan razılığa uyğun olaraq, Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə birgə komissiya, işçi qrupları və alt qruplar yaradılır. Prosesin nizamlanması üçün bütün istiqamətlər üzrə təkliflər hazırlanacaq və dövlət rəhbərlərinə təqdim olunacaqdır.

ATƏT Minsk Qrupununun fəaliyyətini tənqid edən millət vəkili qeyd edib ki, Azərbaycan cəmi 44 gün ərzində öz gücünə torpaqlarını işğaldan azad etdi. Və prezident İlham Əliyev haqlı olaraq çıxışında qeyd etdi ki, Qarabağ problemi yoxdur. Əgər problem yoxdursa, fəaliyyətsiz bir qurumun danışıqlar prosesinə cəlb etməyin nə ehtiyacı var. Əksinə onların prosesə qoşulması, bir mənalı şəkildə nizamlama məsələrinin ləngidilməsinə səbəb olacaqdır.

Deputatın sözlərinə görə, Azərbaycan prezidenti Iyekun çıxışında “münaqişənin bitdiyini” elan etməklə, status məsələsinə nöqtə qoydu. Zaman Azərbaycanın xeyirinə işləyir.

 

Teqlər