Füzulidə beynəlxalq hava limanı tikiləcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i372083-füzulidə_beynəlxalq_hava_limanı_tikiləcək
Azərbaycan Respublikası prezidentinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanı inşasının təməlqoyma mərasimi keçirilib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 15, 2021 16:30 Asia/Baku
  • Füzulidə beynəlxalq hava limanı tikiləcək

Azərbaycan Respublikası prezidentinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanı inşasının təməlqoyma mərasimi keçirilib.

SəhərAzəri xəbər verir, İlham Əliyev deyib ki, bu aeroportun tikintisi bu il başa çatdırılacaq və qonaqların Azərbaycan Respublikasının bu rayonuna gediş-gəlişi asanlaşacaqdır.

Azərbaycan Respublikası prezidenti deyib: "Böyük qayıdış başlanıb. Əminəm ki, Qarabağı Ermənistanın işğalından azad etdiyimiz sürətlə ata-baba yurdumuzu tez bir zamanda bərpa edəcəyik".

Şuşa Qarabağ bölgəsinin ikinci mühüm şəhəridir və bölgənin coğrafi mövqeyinə və "Xankəndi"yə gedən yolda yerləşməsinə görə strateji əhəmiyyətə malikdir.

Bu şəhər 1992-ci il mayın səkkizində erməni qoşunları tərəfindən işğal edilmişdi.