Yan 19, 2021 15:52 Asia/Baku
  • Azərbaycan Respublikasının İşğaldan azad edilmiş ərazilərində Prezidentin xüsusi nümayəndəlikləri təsis edilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzayıb.

SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edirlər.

Teqlər