Yan 23, 2021 18:21 Asia/Baku
  • Naxçıvanda  zəlzələ  baş verib

Bu gün saat 17:22-də Şahbuz stansiyasından 10 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ qeydə alınıb.

SəhərAzəri  xəbər verir ki ,APA -nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.  

Qeyd edək ki, yanvarın 21-də saat 23:23-də Şahbuz stansiyasından 11 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

 

Teqlər