Yan 24, 2021 13:53 Asia/Baku
  • Azərbaycanda istixana sahiblərinə qazdan istifadəyə görə ödənişdə güzəşt tətbiq olunacaq

Azərbaycanda istixana sahiblərinə qazdan istifadəyə görə ödənişdə güzəşt tətbiq olunacaq

SəhərAzəri xəbər verir ki, 2020-ci ilin sonu və bu ilin əvvəllərində bəzi istixana sahibləri xarici bazara çıxışda müəyyən çətinliklərlə üzləşiblər.  “Azəriqaz” İstehsalat Birliyindən APA-Economics"ə verilən məlumata görə, belə ki, xüsusən Şimal bazarlarında Azərbaycan kənd təsərrüfatı məhsullarının satışına müxtəlif yollarla ayrı-ayrı vaxtlarda qadağa tətbiqi yerli istixana fəaliyyəti ilə məşğul olan sahibkarların işinə də təsirsiz ötüşməyib. 

Bu baxımdan qazdan istifadə edən böyük qeyri-əhali qrupu kimi istixanaların ödənişlərində çətinliklər yaşamasını “Azəriqaz” anlayışla qəbul edir. 

Bu səbəbdən istixana sahibləri mövcud borclarının 50%-ni ödəməklə, qalan hissəsini mart ayından etibarən ödəməyə başlaya bilər. 

Teqlər