Fev 02, 2021 10:20 Asia/Baku
  • Ermənistan Silahlı Qüvvələri Qazax istiqamətində atəşkəsi pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Respublikası ilə dövlət sərhədində atəşkəs rejimini pozublar.

SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata əsasən, 02 fevral tarixində saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.

 

 

Teqlər