Qarabağa qaytarılan ermənilərin sayı 52 mini ötdü
Sutka ərzində Ermənistandan Qarabağa 111 erməni gətirilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
SəhərAzəri xəbər vürir ki, 2020-ci ilin 14 noyabrından bu günə kimi Qarabağa qaytarılan ermənilərin sayı 52058 nəfərə çatıb.
Xatırladaq ki, Rusiya sülhməramlıları Ermənistan Respublikası ərazisindən Dağlıq Qarabağa qayıdan qaçqınları müşayiət edir.
27 sentyabr 2020-ci il tarixində Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatlar başlayandan sonra erməni əhali Ermənistana köç etmişdi. 10 noyabrda Rusiya sülhməramlıları bölgəyə yerləşdikdən sonra ermənilər kütləvi surətdə Qarabağa qayıdırlar.
Azərbaycan Respublikasında Rusiyanın bu təşəbbüsünə şübhə ilə yanaşırlar. Belə ki, bu dövlət Qarabağda erməni sakinlərin sayını süni şəkildə artırmaqla ondan gələcək planları üçün faydalanmaq istəyir. Madrid sülh prinsiplərinə görə Dağlıq Qarabağın yekun statusu referendum yolu ilə təyin olunacaqdır. Rəsmi Bakı hazırda bunun əleyhinə çıxış edir və prezident İlham Əliyev müharibədən sonra bir-neçə dəfə öz çıxışlarında Qarabağa heç bir statusun verilməyəcəyini vurğulayıb, ancaq ermənilərin də Azərbaycan vətəndaşları olaraq bütün hüquqlarının təmin olunacağını vəd edibdir.