Ermənistan hava hücumundan müdafiə sistemlərini Qarabağdan çıxarır
https://azeri.sahartv.ir/news/azərbaycan-i372847-ermənistan_hava_hücumundan_müdafiə_sistemlərini_qarabağdan_çıxarır
Ermənistan Azərbaycan ərazilərindən çəkilməyə davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2021 09:42 Asia/Baku
  • Ermənistan hava hücumundan müdafiə sistemlərini Qarabağdan çıxarır

Ermənistan Azərbaycan ərazilərindən çəkilməyə davam edir.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki ٍErmənistan ordusunun hava hücumundan müdafiə sistemlərinin Xankəndidən çıxarıldığı xəbər verilir.

Əsasən, “9K33 Osa”, “9K35 Strela-10” özüyeriyən zenit raket kompleksləri və “9K38 İqla” zenit-raket kompleksindən ibarət sistemlər Ermənistanın Gorus şəhərinə aparılır. Hərbi kolonu Rusiya sülhməramlıları müşaiyət edir.

Azərbaycan Ordusu 44 günlük döyüşlər zamanı Ermənistanın Hava Hücumundan Müdafiə Sistemini dağıtdığı üçün bölgədən çıxarılan sistemlərin sayı cüzidir.