Xarici nümayəndələr Azərbaycan Respublikasının azad olunmuş rayonlarına səfər ediblər
Fev 07, 2021 13:36 Asia/Baku
Azərbaycan Respublikasında yerləşən xarici dövlətlərin səfir və nümayəndələri azad olunmuş "Cəbrayıl" və "Zəngilan"rayonlarındakı xarabalıqlara baş çəkiblər.
SəhərAzəri xəbər verir ki, Azərbaycan Respublikasındakı beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər və xarici ölkələrin səfirləri Ermənistanın işğalından azad edilmiş "Cəbrayıl" və "Zəngilan"rayonlarındakı tarixi və mədəni abidələr, qəbiristanlıqlar və binaların dağıntılarını müşahidə ediblər. Onları Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev müşayiət edib.
Hacıyev bu baxışda deyib: Ağdam, Cəbrayıl rayonlarında və sair rayonlarda salamat bir bina qalmayıbdır.