Azərbaycan Respublikasından Türkiyəyə qaz ixracatı artıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i373105-azərbaycan_respublikasından_türkiyəyə_qaz_ixracatı_artıb
Azərbaycan Respublikasının energetika nazirliyi ötən il bu ölkə qazının Türkiyəyə ixracatının ondan qabaqkı il ilə müqayisədə 21 faiz artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 10, 2021 06:47 Asia/Baku
  • Azərbaycan Respublikasından Türkiyəyə qaz ixracatı artıb

Azərbaycan Respublikasının energetika nazirliyi ötən il bu ölkə qazının Türkiyəyə ixracatının ondan qabaqkı il ilə müqayisədə 21 faiz artmasından xəbər verib.

SəhərAzəri xəbər verir, 2020-ci ildə Azərbaycan Respublikasından Türkiyəyə on bir milyard yüz milyon kubmetr təbii qaz ixrac olunubdur ki, bu da ondan qabaqkı il ilə müqayisədə 21 faiz artımı göstərir.

Azərbaycan Respublikasının təbii qazı Bakı-Tiflis-Ərzurum istiqamətli Cənubi Qafqaz və TANAP adlandırılan «Trans-Anadolu boru xətləri vasitəsilə ixrac edilibdir.

2020-ci ildə Azərbaycan Respublikasının təbii qaz ixracatı 2019-cu il ilə müqayisədə ümumilikdə on beş tam onda altı faiz çox olubdur.