Fev 17, 2021 08:47 Asia/Baku
  • Əbülfəs Qarayevin Azərbaycandan çıxışına qadağa qoyuldu

Azərbaycanın sabiq mədəniyyət naziri Əbülfəs Qarayev istintaq altındadır, onun ölkədən çıxışı yasaqlanıb.

SəhərAzəri xəbər verir ki, Poliqon Xəbər Agentliyinin məlumatına əsasən, rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən mədəniyyət naziri Əbülfəs Qarayev həbs edilməsə də istintaq altındadır.

Müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırıb.

İddialara görə, Əbülfəs Qarayev bu günlərdə Azərbaycanı tərk etmək istəyərkən sərhəddən qaytarılıb.

Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib.

O, Türkiyəyə həkim müayinəsinə getmək istədiyini və geri qayıtmaq niyyətinin olduğunu yazıb.

Teqlər