Bakıda qarlı hava şəraiti nəticəsaində Zəncirvarı qəzada baş verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i373656-bakıda_qarlı_hava_şəraiti_nəticəsaində_zəncirvarı_qəzada_baş_verib
Bakıda zəncirvarı yol qəzası olub, bir nəfər ölüb, 4 nəfər xəsarət alıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2021 10:41 Asia/Baku
  • Bakıda qarlı hava şəraiti nəticəsaində Zəncirvarı qəzada  baş verib

Bakıda zəncirvarı yol qəzası olub, bir nəfər ölüb, 4 nəfər xəsarət alıb

SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki,Qaradağ rayonu ərazisində baş verən avtoqəza nəticəsində 1 nəfər (kişi) hadisə yerində dünyasını dəyişib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından  verilən məlumata görə, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. 1 nəfərə isə yerində yardım göstərilib.

Qeyd edək ki, Bakıda zəncirvarı yol qəzası olub.

Hadisə paytaxtın Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolunun Lökbatandan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində 15-20 avtomobil toqquşub.