Azərbaycanda son Qarabağ müharibəsinin insan tələfatı barədə yeni siyahı açıqlandı
https://azeri.sahartv.ir/news/azərbaycan-i373952-azərbaycanda_son_qarabağ_müharibəsinin_insan_tələfatı_barədə_yeni_siyahı_açıqlandı
Azərbaycan Respublikasında ikinci Qarabağ müharibəsinin insan tələfatı barədə yeni siyahı açıqlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2021 05:56 Asia/Baku
  • Azərbaycanda son Qarabağ müharibəsinin insan tələfatı barədə yeni siyahı açıqlandı

Azərbaycan Respublikasında ikinci Qarabağ müharibəsinin insan tələfatı barədə yeni siyahı açıqlanıb.

SəhərAzəri xəbər verir ki, bu məlumata əsasən, Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ikinci Qarabağ müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuları ilə bağlı ən son məlumatları açıqlayıb. 

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, açıqlamada martın 2-dək dəfn edilən 2881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Nazirlik həmçinini bildirib ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.