Bu ilin sonunadək Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i374103-bu_ilin_sonunadək_qarabağın_90_i_elektrik_enerjisi_ilə_təmin_olunacaq
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində diplomatik korpus nümayəndələri Laçında olublar.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 07, 2021 05:18 Asia/Baku
  • Bu ilin sonunadək Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində diplomatik korpus nümayəndələri Laçında olublar.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, Laçında yerləşən "Güləbird" SES-ə baş çəkən diplomatlara SES-in əvvəlki vəziyyəti barədə məlumat verilib. "Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev bildirilib ki, dekabrın əvvəllərində etibarən SES-də təmir işləri aparılıb.

Quliyev həmçinin deyib ki, bu ilin sonuna qədər Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq.

Z. Quliyev əlavə edib ki, martın 20-də Şuşada rəqəmsal yarımstansiyanın tikintisi başa çatacaq ki, oradan Xankəndinə, Laçına enerji paylanacaq.

"Azərenerji" rəsmisi Qamışlıda, Kəlbəcərdə aprel ayının sonunadək bir yarımstansiyanın tikintisinin tamamlanacağını da deyib. O, Həkəri və Tərtər çayları üzərində 27 stansiya tikilib, bərpa olunacağını bildirib.