Mart 10, 2021 08:44 Asia/Baku
  • Azərbaycanın keçmiş XİN başçısı Xankəndi və Xocalının alınmamasının səbəblərini şərh etdi

Azərbaycanın Respublikasının keçmiş XİN başçısı Xankəndi və Xocalının alınmamasının səbəblərini şərh edib.

SəhərAzəri xəbər verir ki, Tofiq Zülfüqarov İkinci Qarabağ müharibəsinin öz feysbuk səhifəsində ikinci Qarabağ müharibəsinin bəzi qaranlıq məqamlarına toxunaraq yazır: Bu gün aydındır ki, Azərbaycan qoşunlarının Xankəndini götürmələri əvvəlcədən razılaşdırılmış “qırmızı xətlərin” pozulması demək olardı.

Əgər ermənilərin Şuşanı itirməsinə görə günah Paşinyanın tərsliyi və dözülməz davranışının üzərinə qoyulubsa, bu zaman Xankəndində hərbi əməliyyatların davam etdirilməsi Azərbaycan Prezidentinin əldə olunmuş razılaşmalardan kənara çıxmasına bərabər tutulardı. Belə olan halda, ermənilərin adından, o cümlədən “İsgəndər”lərlə PUA-ların idarəolunması məntəqələrinə, hava limanlarına, həmçinin ordu birləşmələrinin toplanma məntəqələrinə və onları idarəetmə məntəqələrinə zərbələr endirilərdi. Hərbi sursatlarını almağa unutduqları “SU-30” qırıcı təyyarələri birdən-birə həmin sursatları alardılar və sairə.

Belə bir vəziyyətdə biz yəqin ki, Xankəndini və çox güman, Xocalını ala bilərdik, lakin bu zaman “Rusiyanın neytrallığı”nın olmaması şəraitində Ağdam, Laçın və Kəlbəcərin azadlığı uğrunda uzunmüddətli və qanlı döyüşlər aparmalı olardıq. 

Tofiq Zülfüqarov hesab edir ki, “böyük oyunçular” müharibəyə qədər Azərbaycan əhalisinin yaşadığı ərazilərin Azərbaycanın öz nəzarətinə qaytaracağına hazır idi. Lakin erməni təcrübəsində olan etnik təmizləmələri təkrarlayaraq, artıq ermənilərin özlərinə qarşı tətbiq etməyə bizə icazə verməzdilər. Bu, reallıqdır və bizim münasibətimizdən asılı olmayaraq o, belədir. 

Keçmiş nazir qeyd edib: Azərbaycan ordusu birmənalı şəkildə yeni və əhəmiyyətli itkilərə məruz qala bilərdi. Əgər o “qırmızı xətt”i keçsəydi, əsas üstünlüyümüzü – mənəvi cəhətdən düzgünlüyümüzü və Qarabağa olan suveren haqlarımızın hüquqi əsasını itirmiş olardıq. Hətta prezident təcavüzkar üzərində qalibdən erməni əhalisinə qarşı “etnik təmizləmənin təşkilatçısı və günahkarı”na çevrilərdi. 

Teqlər