İlham Əliyev Toivo Klaarı qəbul edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i374229-İlham_Əliyev_toivo_klaarı_qəbul_edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 10, 2021 11:20 Asia/Baku
  • İlham Əliyev Toivo Klaarı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki,görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı bölgədə yaranmış yeni geosiyasi vəziyyət, postmüharibə şəraiti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin aparılması, regional nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.