Azərbaycan Respublikası Ordusu əməliyyat-taktiki təlimlərə başladı
https://azeri.sahartv.ir/news/azərbaycan-i374439-azərbaycan_respublikası_ordusu_əməliyyat_taktiki_təlimlərə_başladı
Azərbaycan-R Ordusu əməliyyat-taktiki təlimlərə başlayıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2021 08:23 Asia/Baku
  • Azərbaycan Respublikası Ordusu əməliyyat-taktiki təlimlərə başladı

Azərbaycan-R Ordusu əməliyyat-taktiki təlimlərə başlayıb

Qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan-R  Ordusu əməliyyat-taktiki təlimlərə başlayıb.

SəhərAzərinin məlumatına görə Bu barədə "Report"a Azərbaycan-R  Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.

Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.