Azərbaycan Respublikası Prokurorluğu Elmar Vəliyevi güllələyənə ömürlük həbs istəyib
Azərbaycan Respublikası Baş Prokurorluğu hakimiyyəti dövründə xalqa zülm etmək və anti-İslam hərəkətləri ilə tanınan Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevi güllələyən Yunis Səfərova ümürlük həbs istəyib.
SəhərAzəri Modern-ə istinadən xəbər verir ki, martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin iclasında bu ittihamla həbs olunan digər şəxslərə də 18 ildən 28 ilədək həbs cəzası tələb olunub.
Azərbaycan Respublikası hökuməti bu işlə əlaqədar bu ölkənin müxtəlif bölgələrindən onlarla dindar və vətəndaşı həbs edib.
Elmar Vəliyev, Yunis Səfərov tərəfindən vurulduqdan sonra Fələstinin işğal olunmuş ərazilərinə köçürülüb və müalicə olunub, lakin əlillik səbəbindən Gəncə şəhərinin icra başçısı vəzifəsindən kənarlaşdırılıb.
Yunis Səfərov məhkəmədə, Elmar Vəliyevi cəzalandırmaq barədə təkbaşına qərar verdiyini və digər həbs olunanların onun bu hərəkətindən heç bir məlumatları olmadığını vurğulayıb.
Azərbaycan Respublikasının Konstitusiya quruluşunu zorla dəyişdirməyə çalışmaq və xarici ölkələrdə hərbi təlim keçmək Yunis Səfərov və bu isdə təqsirləndirilən digər şəxslərin ittihamlarındandır. Bu ittiham, Younis Səfərovun Suriyada Həzrət Zeynəbin (ə) ziyarətgahını müdafiə etməkdə iştirakına işarə edir.