Apr 02, 2021 02:09 Asia/Baku
  • BMT Baş Assambleyasının prezidenti Azərbaycana gələcək

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının prezidenti, həmçinin 75-ci sessiyanın sədri olan Volkan Bozkırın bir sıra ölkələrə səfəri planlaşdırılır.

SəhərAzəri xəbər verir ki, “Anadolu” agentliyindən verilən məlumata görə, bunu BMT rəsmisinin mətbuat katibi Brenden Varma jurnalistlər üçün təşkil olunmuş brifinq zamanı bəyan edib.

Onun sözlərinə görə, V.Bozkır Türkiyə, Qətər və Azərbaycana səfər edəcək. Baş Assambleya prezidentinin səfəri 1-12 aprel aralığında baş tutacaq.

Teqlər