Apr 08, 2021 17:42 Asia/Baku
  • ABŞ-dan sensasiya: Rusiya Qarabağın həllinə imkan vermir

ABŞ Dövlət Departamentinin rəsmisi Rusiya hökumətini Qarabağda sülhün bərqərarını əngəlləməkdə ittiham edib.

SəhərAzəri xəbər verir ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib ki, Rusiya Dağlıq Qarabağ ətrafında konfliktin nizamlanmasına yox, saxlanılmasına çalışır.

 O, Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının Qarabağda qalmasından narazılığının artacağını gözlədiyini bildirib və belə deyib: “Gürcüstan xarici işlər nazirinin müavinlərindən biri noyabrda belə dedi: “Bu, bizim 1998-ci ildə olduğumuz situasiyadır. Azərbaycan daha sonra bizim 2008-ci ildə olduğumuz situasiyada olacaq. Daha sonra o bizim indiki situasiyamıza gələcək”.

Bu, kifayət qədər bədbin, amma mümkün proqnozdur”.

Kent Rusiyanın Qarabağdakı konflikti manipulyasiya etməklə ondan fayda götürməyə, Azərbaycanla Ermənistanın irəli getməsinə imkan verməməyə çalışdığını deyib.

Bəzi müşahidəçilər bildirirlər ki, ABŞ Qarabağda sülh prosesindən kənarda saxlanmasından olduqca narahatdır və prosesi pozmaq üçün əlindən gələni edir.

Teqlər