Fuad Nağıyev: "Turizm sahəsində çalışanların sayında azalma olub"
https://azeri.sahartv.ir/news/azərbaycan-i375558-fuad_nağıyev_turizm_sahəsində_çalışanların_sayında_azalma_olub
"Pandemiya bütün dünyaya böyük zərbə vurub. Ən böyük zərbə isə turizm sahəsinə dəyib".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2021 13:38 Asia/Baku
  • Fuad Nağıyev:

"Pandemiya bütün dünyaya böyük zərbə vurub. Ən böyük zərbə isə turizm sahəsinə dəyib".

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O deyib ki, turizm sahəsində çalışanların sayında azalma olub: "2019-cu ildə turizm sənayesində 80 min adam çalışırdı. Pandemiyaya görə onlar müxtəlif işlər axtarırlar, təbii ki, biz bunun qarşısını almaq istəyirik. Turizm çox gənc sahədir və burada gənclər çalışır. Ona görə bizim əsas vəzifəmiz odur ki, bu insanları turizm sahəsində saxlayaq və gələcəkdə də yeni kadrlar yetişdirək. Tezliklə yəqin ki, turizm sənayesi bərpa olunacaq".