Sabiq icra başçısının həbs müddəti uzadıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i375682-sabiq_icra_başçısının_həbs_müddəti_uzadıldı
Azərbaycan Respublikasının Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2021 13:26 Asia/Baku
  • Sabiq icra başçısının həbs müddəti uzadıldı

Azərbaycan Respublikasının Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

SəhərAzəri xəbər verir ki, Azərbaycan Respublikasının Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, N.Zeynalovun barəsindəki həbs qətimkan tədbiri 3 ay uzadılıb.

Qeyd edək ki, N.Zeynalov ötən ilin dekabr ayında Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.