Ruhani Hacı İlham Əliyevin məhkəməsi təxirə salınıb
Aprelin 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani Hacı İlham Əliyevin işi üzrə keçirilməli olan olan məhkəmə təxirə salınıb.
SəhərAzəri xəbər verir ki, bəzi mənbələrə məhkəmənin hakimlərdən birinin xəstəliyi səbəbindən təxirə salındığını bildirib.
Deyilənlərə görə, xalqın, müxtəlif partiyalar və qrupların bu görkəmli din xadimini himayə etməsi bu məsələ də təsirsiz olmayıb və himayələrin davam etməsi zəruridir.
Qeyd edək ki, ötən il fevral ayının 29-da Azərbaycan Respublikasının tanınmış din xadimi və Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev bu ölkənin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxta ittihamlarla həbs edilib. Bir ildən artıq bir dövrü əhatə edən istintaq və məhkəmə zamanı dövlət ittihamçısı Hacı İlham Əliyevə 18 il həbs cəzası verilməsini istəyib. Bu məsələ geniş etirazlara səbəb olub.