Apr 13, 2021 13:28 Asia/Baku
  • “Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik”

“Ermənilərin Qarabağda məskunlaşdığı ərazilərə qarşı güc tətbiq etmək planımız yoxdur. Dediyim kimi, Qarabağ münaqişəsi bitib, həll olunub”.

SəhərAzəri xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Prezident qeyd edib ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan erməniləri biz öz vətəndaşlarımız hesab edirik:

“Bizim bu günə qədər göstərdiyimiz humanitar yardımlar və logistik dəstək də bu niyyətimizi göstərir”.

 

 

 

Teqlər