Azərbaycan Ordusunun Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
Apr 14, 2021 12:40 Asia/Baku
Azərbaycan Respublikasının Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.
SəhərAzəri xəbər verir ki,Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.
Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.