Apr 30, 2021 14:24 Asia/Baku
  • C.Bayramov bir daha beynəlxalq ictimaiyyətin susqunluğuna diqqət çəkib

C.Bayramov dünya ictimaiyyətini Azərbaycan Respublikasının mina tələfatına diqqət yetirməyə çağırıb

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Qabrielius Landsbergis ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib:  Məqsədimiz məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması üçün şərait yaratmaqdır. İndi orada heç nə yoxdur, hər şey məhv edilib. Bu ərazilərin sözün əsl mənasında minalarla “zəhərlənmiş” olması hər şeyi qəlizləşdirir.

Nazir bildirib ki, çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir və bununla da əldə olunmuş razılaşmaları pozur.

“Litvalı həmkarıma keçən ilin noyabrın 10-dan bəri 22 nəfərin mina partlaması nəticəsində öldüyü barədə məlumat verdim. Dünya ictimaiyyəti də buna diqqət yetirməlidir”, – C.Bayramov vurğulayıb.

Azərbaycan Respublikasını üçtərəfli bəyanatdan sonra bu ölkə ərazilərinə nüfuz etmiş erməni yaraqlılarını əsir adlandıraraq təhvil verməyə çağıran qərb dövlət və qurumları minaların xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana heç bir təzyiq göstərmirlər.

 

Teqlər