Əhməd Şahidovun sözləri Qarabağ separatçıları tərəfindən təkzib olunub
Xankəndinin taleyi, sadəcə Azərbaycan Respublikası xalqı üçün deyil elə oradakı erməni sakinlər üçün də qaranlıq olaraq qalır.
İctimai fəal Əhməd Şahidovun sosial şəbəkə hesabında “iyunda Xankəndi Bakının tam nəzarətində olacaq – istər güc, istərsə sülh yolu ilə” sözləri Ermənistanda müzakirələrə səbəb olub.
Axar.az-ın verdiyi məlumata görə, Əhməd Şahidov özünün social şəbəkə hesabında belə yazıb: "10 noyabr bəyanatında aydın şəkildə yazılıb ki, Xankəndi və digər şəhərlər tədricən Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Nikol Paşinyandan soruşun"
Qarabağdakı erməni separatçılarının keçmiş “ombudsmanı” kimi təqdim edilən Ruben Məlikyan azərbaycanlı fəal Əhməd Şahidovun bu barədə açıqlamasına reaksiyasında bildirib ki, ortada Paşiniyanın anlaşması mövcuddur və insanlar artıq bu barədə açıq şəkildə danışırlar ki, iyunda Xankəndi Bakının nəzarətinə keçəcək.
O Paşiniyanı düşmən adlandıraraq, seçkilərdə onun mümkün qədər az səs alması üçün lazımı işlərin görünməsinə çağırıb.
Qeyd edək ki, Bunun ardınca Qarabağ separatçıları təkzib yayıblar və Xankəndini "rus sülhməramlıları və "artsax ordusu"nun qoruduğunu" elan ediblər.
20 iyunda Ermənistanda növbədənkənar seçkilər keçiriləcək.