2-ci Qarabağ müharibəsində itkin düşmüş daha bir hərbçinin meyiti tapılıb
2-ci Qarabağ müharibəsində itkin düşmüş hərbçinin 7 ay sonra nəşi tapılıb
SəhərAzəri -nin məlumatına əsasən,İkinci Qarabağ müharibəsinin ilk günlərindən itkin düşən Lerik rayonu, Anbu kənd sakini 1989-cı il təvəllüdlü kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun Cəbrayıl rayonu ərazisində nəşi tapılıb.
Şəhid sabah böyüyüb boya-başa çatdığı kənddə dəfn olunacaq. Kapitan Ə.Rəhmətov Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.
Xatırladaq ki, cari milad ili 20 apreldə Azərbaycan Respublikası Hərbi Prokurorluğu 2020-ci il noyabrın 10-da atəşkəs elan oluduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 386 nəfər hərbi qulluqçusunun itkin düşdüyünun müəyyən olunduğunu bildirmişdir. Məlumata görə, indiyədək 362 hərbçi müəyyənləşdirilərək onların cənazələri ailələrinə təhvil verilib. 24 hərbçi isə hələ itkin olaraq qalır. həmin hərbi qulluqçuların əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalı da istisna edilmir.