May 09, 2021 13:37 Asia/Baku
  • Azərbaycan XİN nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasını qınayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nasist Almaniya üzərində qələbənin  ildönümü günü münasibəti ilə yaydığı bəyanatda nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasını qınayıb.

Bəyanatda 2-ci dünya müharibəsi zamanı sovet ittifaqına qarşı nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılması tənqid edilərək deyilir: Azərbaycan İkinci Dünya müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir.

XİN bəyanatında deyilir:  “Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada qəhrəmanlaşdırılması hallarını qınayırıq. Azərbaycan BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir və hesab edirik ki, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər.

Xarici İşlər Nazirliinin bəyanatındakı faşist cani, əslində Qaregin Njdeyə işarədir.

Xatırladaq ki, Xocavənd rayonunun mərkəzində azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırımı törətmiş Qaregin Njdeyə heykəl ucaldılıb.

Qaregin Njde Hitler Almaniyası ilə əməkdaşlıq etdiyi üçün Sovet İttifaqı məhkəməsi tərəfindən həbsə məhkum olunmuşdu.

 

 

Teqlər