Ruslar Xankəndidə hərbi mərasim keçiriblər
May 09, 2021 21:58 Asia/Baku
-
Ruslar Xankəndidə hərbi mərasim keçiriblər
Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti 2-ci dünya münaribəsinin sona çatmasının 76-cı ildönümü münasibətilə Azərbaycan Respublikasının Xankəndi şəhərində tədbir keçirib.
SəhərAzəri-nin məlumatına əsasən,bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbirdə 450 sülhməramlı iştirak edib. Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov tədbirdə çıxış edib.
Tədbir zamanı 1945-ci il mayın 1-də sovet ordusunun əsgərləri tərəfindən Berlindəki Reyxstaq binasının damına asılmış bayraq təqdim olunub.