May 10, 2021 13:06 Asia/Baku
  • Azərbaycanda milli qəhrəmanların adlarının əbədiləşdirilməsi tələb olunur

Bakıda milli qəhrəmanlardan yalnız yəhudi əsilli əsgərin heykəlinin ucaldılması cəmiyyətdə narazılıqla qarşılanır.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasında Qarabağ uğrunda gedən döyüşlərdə Fərid Əhmədov, Mübariz İbrahimov, Maarif Səfərov, Polad Həşimov kimi cəsur döyüşçülərin vətənə xidmət etdikləri halda onların adlarının əbədiləşdirilməsi üçün sosial şəbkə istifadəçiləri tərəfindən tələblər irəli sürülür. 

Tələblər sırasında qeyd olunur ki, milli qəhrəmanlar arasında fərq qoyulmamalıdır. Bəzi istifadəçilər isə yazırlar ki, İsrail rejimi Azərbaycanda öz nüfuzunu möhkəmlətmək üçün Albert Aqarunovun heykəlini ucaltdırıb.   

Bəzi siyasətçilər isə belə bir təşəbbüsü normal sayır, ancaq sair mili qəhrəmanlara da heykəllərin qoyulmasını arzulayırlar.

İddialara görə, Albert 1992-cu il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək döyüş meydanında həlak olub. 2019-cu il noyabrın 15-də Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub.

Teqlər