May 10, 2021 14:29 Asia/Baku
  • Azərbaycanlı politoloq Ərəstun Oruclu Rusiyadan şikayətlənir

Rusiya xarici işlər nazirinin Bakıya səfəri təhlilçilər tərəfindən geniş müzakirə olunur.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-da yaşayan politolq Ərəstun Oruclu Poliqon Portalı ilə müsahibədə deyib: “Rusiyanın sözdə sülhməramlılarının əslində Ermənistanı Üçtərəfli Sazişin şərtlərini yerinə yetirməyə məcbur etmədiyini görürük. Ümumiyyətlə, bu bəyanatı imzalayan tərəflərin hər birinin öz aydın öhdəlikləri var - hər şey cümlə-cümlə orada yazılıb. Həqiqətən də Ermənistan 9-cu bəndi yerinə yetirmək fikrində deyil. Halbuki həmin bəndə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir.

Onun sözlərinə görə, Lavrovun açıqlamalarından, yenə də Ermənistan üçün bəzi güzəştlərə icazə verildiyini görürük. Lavrovdan cavab tələb edilməlidir ki, Moskva niyə Ermənistanı Üçtərəfli Sazişdəki öhdəliklərini yerinə yetirməkdən uzaqlaşmağa təşviq edir? Niyə Rusiya bu məsələdə Ermənistanın tərəfini tutur? Üstəlik, Sazişin şərtlərinin pozulmasına kömək edir.

Ərəstun Oruclu qeyd edib ki, nə Ermənistandan, nə Rusiyadan, nə də kimdənsə çəkinmək lazım deyil. Hər kəslə ölkənin milli maraqlarından çıxış edərək, bərabər şərtlərdə və sərt danışmaq lazımdır.

 

Teqlər