29 ildən sonra
Şuşada bayram namazı qılınıb
İşğaldan azad olunmuş Şuşa şəhərində 29 ildən sonra mayın 13-də ilk dəfə Ramazan bayramı namazı qılınıb.
SəhərAzəri-nin məlumatına əsasən, bayram namazı Yuxarı Gövhərağa məscidində Qafqaz Müsəlmanları İdarəsi sədrinin nümayəndəsi Hacı Şahin Həsənlinin imamətli ilə qılınıb.
Bayram namazından sonra xütbə söyləyən və dualar oxuyan Hacı Şahin Həsənli çıxış edərək deyib: Ramazan bayramı İslam dinində ən önəmli əlamətdar günlərdən biridir. Amma bu gün bizim üçün xüsusilə əlamətdar bir gündür. Çünki biz müqəddəs torpağımız olan Şuşamızda bayram namazı qıldıq.
Şuşa məscidində bayram namazının imam camaatı sonra deyib: Biz bu gün Şuşanın Yuxarı Gövhərağa məscidində iftixar hissi ilə deyirik əziz Şuşa gözün aydın olsun, artıq məscidlərindən azan səsləri ucalır. Artıq məscidlərində bayram namazı qılınır.
Qeyd edək ki, bir çox təhlilçilərin fikrincə, Azərbaycan Respublikasının məruz qaldığı torpaq itkilərinin kökündə SSRİ dövründəki islami düşüncənin zəifləməsi və məscidlər və ziyarətgahlara, eləcə də dini dəyərlərə lazımı diqqətin göstərilməməsi durur və məhz buna görə də dini düşüncə və dəyərlərə diqqət hərhansı işğala qarşı qaranti ola bilər.