Sərhəd ixtilaflarında
Borrel Azərbaycanla Ermənistanı təmkinli olmağa çağırdı
Avropa İttifaqının Ali Nümayəndəsi Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı bəyanat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə əlaqədar bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, Aİ Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti yaxından izləyir.
"Mənim adımdan Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino mayın 13-də Ermənistan xarici işlər naziri Ara Ayvazyan, mayın 14-də isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla əlaqə saxlayaraq, hər iki tərəfi son dərəcə təmkinli olmağa və vəziyyəti gərginləşdirməməyə çağırıb. Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar ATƏT Sədrliyi ilə əlaqə saxlayıb", bəyanatda qeyd olunub.
Aİ rəsmisi bildirib ki, sərhədin delimitasiyası və demarkasiyası yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yolu ilə həll olunmalıdır. Və hər iki ölkə regiondakı sabitliyi qoruyaraq sülh yolu ilə həlli tapmağa çalışmalıdır".