Fələstinli mübarizlərin qələbəsi azərbaycanlı ruhaniləri sevindirdi
"Vahid Ümmət" Azərbaycanlı Ruhanilər Birliyi bəyanat yaydı
Vahid Ümmət Azərbaycanlı Ruhanilər Birliyi Fələstin xalqını qələbə münasibətilə təbrik edib.
SəhərAzeri-nin məlumatına əsasən birlik öz bəyanatında bildirib: "İsrail terror rejiminin qəhrəman və məzlum Fələstin müqavimətinə qarşı 12 günlük müharibəsi sona çatdı. Terror rejimi birtərəfli atəşkəs elan etməklə öz zəlilliyini və məğlubiyyətini etiraf etdi. Bir gün daş və sapandla başlanan müqavimət bu gün raket və pilotsuzları vasitəsilə qələbə marşını çalmaqdadır."
Bəyanatda qələbə münasibətilə məzlum, amma qüdrətli və izzətli Fələstin müqaviməti təbrik edilib.
Vahid Ümmət Azərbaycanlı Ruhanilər Birliyi həmçinin İslam ümmətinin izzətinə sevinən dünya müsəlmanlarını, Fələstin xalqı üçün faciə səhnəsini hazırlayan İsrail terror rejimini zillət içində diz çöküb yalvarmağa məcbur edən Ali Məqamlı Rəhbər Həzrət Ayətullahül-üzma Xameneini təbrik edib.