May 25, 2021 12:42 Asia/Baku
  • ABŞ-a görə “Qarabağ münaqişəsi” üçün uzunmüddətli həll prossesi lazımdır

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda “Qarabağ munaqişəsi”-nin uzunmüddətli həllindən danışıb.

 SəhərAzəri-nin məlumatına əsasən,ABŞ prezidenti Cozef Bayden Azərbvaycan Respublikası prezidenti İlham Əliyevə ünvanladığı məktbuda bildirib: ABŞ münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiqdir

Məktubda həmçinin İsrail rejimini enerji ilə təmin edən, Avropanın da enerji təminatında Rusiyaya olan asılılığını azalda biləcək Cənub Qaz Dəhlizinə dəstək əks olunaraq deyilir: “Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir.

ABŞ prezidentinin İlham Əliyevə məktubunda həmçinin Azərbaycan Respublikası hərbçilərinin NATO missiyası çərçivəsində Əfqanıstandakı 20 illik  fəaliyyətinə görə minnətdarlıq bildirilib.

Cozef Bayden ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllini 30 ilə yaxın müddətdə uzatmış Minsk Qrupunun həmsədri olduğunu xatırladıb, münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq olduğunu bildirib.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə ABŞ kimi ölkələrin Qarabağ münaqişəsinin davam etməsi və onun həllinə töhfə verə biləcəkləri barədə bəyanatlara münasibət bildirmişdi:

 

مصاحبه الهام علی اف به خبرنگار آذ.تو 10 می سال جاری در نخجوان

"Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq - de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı. "

 İlham Əliyev mayın 10-da AzTv-yə verdiyi xüsusi müsahibədə dünyanın o başında yerləşən ölkələrin Qarabağ münaqişəsinin uzunmüddətli həllindən danışmalarını qəbuledilməz adlandırdı:

"Münaqişə həll olunub, bu, bir. Hesab edirəm ki, bu məsələ ilə məşğul olmuş tərəflər və bu məsələ ilə məşğul olmaq istəyən, - bilmirəm nəyə görə, - ölkələr bunu nəzərə alsınlar. Çünki bəzən buradan dünyanın o başında yerləşən ölkələr bizim münaqişə ilə bağlı, yaxud da ki, Azərbaycanda gedən proseslərlə bağlı bəyanatlar verirlər. Bu, qəbuledilməzdir."

 

Teqlər