Azərbaycan Respublikası rus silahlarının alışını dayandırıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i377660-azərbaycan_respublikası_rus_silahlarının_alışını_dayandırıb
Azərbaycan Respublikası rus silahlarının alışını dayandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2021 13:06 Asia/Baku
  • Azərbaycan Respublikası rus silahlarının alışını dayandırıb

Azərbaycan Respublikası rus silahlarının alışını dayandırıb.

SəhərAzəri-nin məlumatına əsasən,«Atlas» araşdırma mərkəzinin direktoru Elxan Şahinoğlu deyib ki, Rusiya silahlarının keyfiyyətsiz olmasına görə, Azərbaycan Respublikası bu ölkədən silah idxalını dayandıraraq, sionist rejimdən silah almağa başlayıb.

Azərbaycan Respublikasından olan politoloq bildirib ki, bu ölkə ordusu Ermənistanın daxili olayları, həmçinin Amerika və Avropa ölkələri başçılarının çıxışları və bəyanatlarına məhəl qoymadan strateji sərhəd bölgələrində yerləşməyi davam etdirməlidir.

Sionist rejimin verdiyi məlumata görə, koronavirus pandemiyasına rəğmən, bu rejimin ötən ildəki silah satışı on beş faiz artaraq, səkkiz milyard dolları ötüb keçibdir. Sionist İsrail rejiminin Azərbaycan Respublikasına silah satışı da artıbdır.