İyun 04, 2021 19:36 Asia/Baku
  • İki media işçisi Kəlbəcərdə minaya düşərək həlak olub

AzTv-nin kinooperatoru, AzərTac rəsmi xəbər agentliyinin müxbiri və yerli rəsmi nümayəndələrdən biri bu gün Kəlbəcər rayonunda mina partlayışı nəticəsində həyatlarını itiriblər.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası daxili işlər nazirliyinin məlumatına görə, Kəlbəcər rayonuna göndərilmiş AzTv-nin kinooperatoru Sirac Abbasov, AzərTac rəsmi xəbər agentliyinin müxbiri Məhərrəm İbrahimov onları aparan avtomobilin tank əleyhinə mina ilə toqquşması nəticəsində həyatlarını itiriblər.

Bu hadisə zamanı həmçinin jurnalistləri müşayiət edən Kəlbəcər rayonunun «Susuzluq» bölgəsi komandanlığının nümayəndəsi Arif Əliyev də həyatını itirib, dörd nəfər isə yaralanıbdır.

Azərbaycan Respublikasının daxili işlər nazirliyi və baş prokurorluğu Ermənistan qüvvələrini 1949-cu il Cenevrə beynəlxalq konvensiyasını pozmaqda və Azərbaycan Respublikasının ərazilərində mina qoymaqda ittiham ediblər. Bildiriblər ki, hal-hazırda bu hadisə ilə bağlı daha artıq araşdırma aparılır.

Azərbaycan Respublikası ötən il 44 günlük savaşda otuz ilə yaxın Ermənistan qüvvələrinin işğalı altında olan Kəlbəcər rayonu da daxil olmaqla Qarabağdakı ərazilərini azad edə bildi.

Teqlər