Jurnalistlərin şəhid olması qonşu ölkəni kədərləndirdi
Mina kabusunu aradan qaldırmaqda İranın təcrübəsindən faydalanmaq olar-ŞƏRH
Azərbaycan Respublikasının işğaldan azad edilmiş bölgələrində mina partlayışının tələfat alması və bunun həm bərpa işlərini, həm də qaçqınların öz torpaqlarına qayıdışını əngəlləməsi İranda narahatlıqla qarşılanır.
SəhərAzəri-nin məlumatına əsasən, iyunun 4-də iki jurnalistin acınacaqlı şəkildə şəhid olması Azərbaycanla yanaşı İran ictimaiyyətini və onun jurnalistlərini hə kədərləndirib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi özünün “Twitter” səhifəsində İran dövləti adından Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşən AzTv və AZƏRTAC-ın iki əməkdaşının həlak olması münasibəti ilə başsağlığı verib.
“İran İslam Respublikasının Səfirliyi Azərbaycan Respublikasının önəmli media qurumlarının iki jurnalistinin şəhid olması ilə əlaqədar başsağlığı verir, ailələrinə səbr diləyir. Uca Allaha dua edərək əziz şəhidlərin ruhuna rəhmət diləyirik”, – deyə paylaşımda qeyd olunub.
Azərbaycan hökumətinin məlumatına görə, ölkənin Dağlıq Qarabağ bölgəsinin qərbində yerləşən Kəlbəcər rayonunda mina partlaması nəticəsində iki yerli jurnalist və 1 rəsmi şəxs həyatını itirib.
Hadisə Ermənistanla Azərbaycan arasında son sərhəd mübahisələri fonunda baş verib. Azərbaycan hökuməti İrəvanı mina xəritələrini onlara təqdimetməməkdə günahlandırır.
Azərbaycanın media nümayəndələri beynəlxalq ictimaiyyəti və təşkilatları ittiham edir. Bildirir ki, müharibənin başa çatmasından aylar keçməsinə baxmayaraq, bu dövlət hələ də minalanmış ərazilərin xəritələrini ala bilmir. Hətta iddia olunur ki, Kəlbəcər rayonunun bu hissəsinə minalar bu yaxınlarda basdırılıb. Bu isə o deməkdir ki, Ermənistan dövlət səviyyəsində terrorçuluq və diversiya ilə məşğuldur.
Ermənistanla Azərbaycan aralarında 30 ildir davam edən münaqişə fonunda bir-birilərinə qarşı davamlı ittihamlar səsləndirir və ittihamları rədd edirlər. Rəsmi Bakı bu hadisədən təxminən bir həftə əvvəl bildirmişdi ki, Ermənistan Silahlı Qüvvələri dövlət sərhədi istiqamətində atəş açaraq azərbaycanlı əsgəri yaralayıb. İrəvan bu ittihamları rədd edib. Bu hadisə Azərbaycanın Kəlbəcər rayonunda 6 erməni hərbçisini saxlamasından bir gün sonra baş verib.
Rəsmi İrəvan Silahlı qüvvələrinin həmin ərazidə mühəndis işlər apardığını bildirir, Bakı isə onların kəşfiyyat-diversiya qrupunun üzvləri olduqlarını deyir.
Bundan başqa, Ermənistan ötən həftə bir əsgərinin Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olduğunu bəyan edib. Bakı isə öz növbəsində, ittihamı rədd edir.
Ermənistanın daha bir ittihamına görə, bu il mayın əvvəllində Azərbaycan Ordusu onun cənub sərhədini keçib və iki dövləti ayıran gölü mühasirəyə alıb.
Ermənistanla Azərbaycan arasında son müharibə ötən ilin noyabrında sona çatıb. Azərbaycan müharibədə qalib gəlib. Nəticədə 1990-cı illərin əvvəllərindən Dağlıq Qarabağ və ətraf rayonlara nəzarət edən etnik erməni silahlı birləşmələrini oradan çıxarılıb.
Etnik ermənilərin yaşadığı Dağlıq Qarabağ regionu beynəlxalq birlik, hətta Ermənistan tərəfindən belə, Azərbaycan ərazisi kimi tanınır.
Ermənistanla Azərbaycan arasında ötən ilin sonunda Rusiyanın vasitəçiliyi ilə atəşkəs müqaviləsi imzalanıb. Bununla da hərbi əməliyyatlara son qoyulub. Nəticədə Azərbaycan əldə etdiyi ərazilərdə möhkəmlənib, buna baxmayaraq mina partlayışları hələ də can almaqda davam edir.