İsrailli blogger Bakının əsəbi ilə oynayır
Lapşin Azərbaycandan alacağı təzminatı ermənilərə bağışlayır?
Qarabağdakı erməni separatçılarını müdafiə edən israilli blogger Azərbaycandan təzminat alır.
SəhərAzəri SalamNews-a istinadla xəbər verir ki, vaxtilə Azərbaycana ekstaradisiya edilən və daha sonra azadlığa buraxılan İsrailli bloger Azərbaycandan alacağı təzminatın “Artsakh Bank”a köçürülməsini tələb edib.
Qeyd edək ki, özünü blogger adlandıran Aleksandr Lapşinin Azərbaycana qarşı qaldırdığı iddia Avropa Məhkəməsində təmin edilib. Avropa Məhkəməsi qərara alıb ki, ərizəçiyə münasibətdə Konvensiyanın 2-ci maddəsinin pozuntusuna yol verilib. Qərara əsasən Azərbaycan hökuməti A.Lapşinə 30 min avro təzminat ödəməlidir. İndi o bu məbləğin “Artsakh Bank”a köçürülməsini istəyir.
Xatırladaq ki, Aleksandr Lapşin Dağlıq Qarabağa Azərbaycandan icazə almadan qanunsuz daxil olduğuna görə saxlanılmış, 2017-ci ilin iyulunda "Azərbaycan sərhədini qanunsuz olaraq keçmə" maddəsi ilə suçlanaraq 3 il müddətinə həbs edilmişdi. O Belarusdan Azərbaycana ekstradisiya edilib və həmin ilin sentyabrında əfv olunub.