Sabiq baş nazir Pənah Hüseyn ictimai qınağa tuş gəldi
https://azeri.sahartv.ir/news/azərbaycan-i378108-sabiq_baş_nazir_pənah_hüseyn_ictimai_qınağa_tuş_gəldi
Pənah Hüseynin Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri "Bir millət, bir dövlət" ifadəsi ilə xarakterizə etməsi insanları hiddətləndirib
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2021 05:57 Asia/Baku
  • Sabiq baş nazir Pənah Hüseyn ictimai qınağa tuş gəldi

Pənah Hüseynin Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri "Bir millət, bir dövlət" ifadəsi ilə xarakterizə etməsi insanları hiddətləndirib

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının sabiq baş naziri, hazırda isə Xalq Partiyasının sədri vəzifəsini daşıyan Pənah Hüseynin feysbuk üzərindən etdiyi son paylaşımı vətəndaşların etirazı ilə üzləşib. Bildirilir ki, Xalq Partiyasının sədri xalqın qürur hissini ayaqlamışdır. 

Aşağıda bəzi reaksiyaları təqdim edirik:

*Niyə, a bəy? Müstəqil yaşaya bilmirik?

*Biabırcı bir mövgedi , millli şəxsiyyətin olmadığını görürük.

*Ölkəmin haçansa baş naziri. Məhlləmizdə günəbaxan bitir, onun dünya görüşü bununkundan çoxdur.

*Bir dövlətə ehtiyac yoxdur, həm də heç yoxdur.

*Nəriman Nərimanovun Əliheydərə dediyi o gözəl söz burda yada düşür. Bunlarda nə abır var, nə həya var, nə qürur var nə utanan sifət var.

Mənbə: Pənah Hüseynin feysbuk səhifəsi