İyun 17, 2021 11:55 Asia/Baku
  • Qumda təhsil almış Qarabağ qazisi şəhid olub

Qarabağ müharibəsinin qazisi, Qum Elmi Hövzəsi və Nardaran mədrəsəsinin azərbaycanlı tələbəsi yaralanmasından neçə ay ötdükdən sonra uca şəhadət məqamına nail olub.

SəhərAzəri-nin məlumatına əsasən, 23 yaşlı Zeynal Şahhüseynov Qum Elmi Hövzəsinin və Nardaran mədrəsəsinin tələbəsi olub. 

O, Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanmış və döyüş zonasından çıxarılaraq Bakı Şəhər Hərbi Hospitala yerləşdirilmişdi. Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində davamlı müalicə alan qazi 12  gün öncə  komaya düşüb Lənkəran Mərkəzi xəstəxanasına yerləşdirilmiş. Bir neçə gün orada qaldıqdan sonra  ötən həftə Bakıya gətirilmiş və iyunun 16-da şəhid olub.  

Məlumatda deyilir ki, şəhidin doğulduğu Masallı rayonunda ilk öncə vida mərasimi keçirilib, daha sonra şəhid Quran tilavəti və Ya Hüseyn zikirləri ilə Masallı rayon qəbirsanlığında dəfn edilib. 

Tabut üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün Şəhidin ailəsinə təqdim edilib.

 

Yeri gəlmişkən bildirək ki, Vətən Müharibəsində Qum Elmi Hövzəsinin digər tələbəsi Höccətülislam Maarif Səfərov da Qarabağ uğrunda döyüşlərdə şəhid olub.

Ruhani Maarif Səfərov İma m Hüseynə (ə) iqtida edərək, döyüş zamanı bir çox rayonların işğaldan azad edilməsində birbaşa iştirak etmiş və qəhrəmanlıq göstərmişdir.

 

Teqlər