İyun 23, 2021 10:25 Asia/Baku

Azərbaycan İslam Demokrat Partiyasının sədri bu ölkədə Ermənistandakı seçkilərlə bağlı irəli sürülən tezislərə qarşı olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Tahir Abbaslı Səhər Kanalının redaksiyasına göndərdiyi məqalədə yazır: "Emənistanda prezidentlərin kim olmasından aslı olmayaraq Rusiya Ermənistanın müəllifi kimi o bölgənin bu gün də, sabah da onların müdafiəsində olacaqdır. Ermənistan qərb xristian ölkələrinində Türkiyəyə və müsəlman şərqə qarşı istifadə olunan hərbi-siyasi strateji bir bölgədir".

Paryiya sədri bildirir ki, Paşinyanın seçilməsinə Azərbaycan daxilində siyasi şərhçilər və sosial şəbəkə iştirakşıları arasında xüsusən müxalifət yönlü siyasilər arasında gedən müzakirələr və münasibətlər təəccüb və ikrah yaratmışdır.

Müəllif Azərbaycan ictimaiyyətini “Paşınyan qərbin, Sarkisyan isə Rusiyanın adamıdır” şərh edənlərə uymamağa səsləyir və qeyd edir: “Paşinyan Rusiyanın necə düşməni idi ki, 2-ci Qarabağ savaşında Rusiya Ermənistana yəni Paşinyana köməklik göstərirdi. Rusiya Paşinyana necə düşmən idi ki, Azərbaycanı Ermənistan qarşısında uduzdurmaq üçün beynəlxalq aləmdə istifadəsi qadağan olunmuş “İsgəndər” raketlərini Ermənistana verdi!

Azərbaycan İslam Demokrat Partiyasının sədri sonda əksər siyasilərin Ermənistanda keçirilən 20 iyun seçkilərində Paşinyanın seçilməsini demokratiyanın qələbəsi kimi dəyərləndirmələrini tənqid atəşinə tutub. “Nə qədər gülməli və absurd fikirdir. Hər şeydən əvvəl bu siyasi şərhçilər Paşinyanı hansı əməlinə görə demokrat adlandırırlar! Bu həmin Paşinyan deyildimi ki, müharibə dövründə Gəncəyə dinc əhalinin yaşadığı əraziyə raket atılmasına əmr vermişdi? Belə bir adam necə demokrat ola bilər?!- deyə partiya sədri vurğulayır. 

 

Teqlər