Deputatın Paşinyandan gözləntisi
Xankəndi, Xocalı, Xocavənd 5 ildən sonra Azərbaycanın nəzarətinə verilməlidir!
Azərbaycanlı millət vəkili bildirib ki, erməni xalqı müharibə partiyasına “yox” dedi, əməkdaşlığa meylli olan qüvvəyə səs Verdi.
SəhərAzəri-nin məlumatına əsasən, deputat Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirib: “Ermənistandakı növbədənkənar parlament seçkilərinin qalibi 2025-ci ildə mandatı bitə biləcək və birtərəfli şəkildə Azərbaycan tərəfindən veto hüququ ilə çıxarıla biləcək sülhməramlılar ərazidən gedə bilər və onda Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər şəhər və qəsəbələrin təhlükəsizliyinin zəmanətini Azərbaycandan başqa heç kim verə bilməz.
Politoloq qeyd edib ki, Paşinyan hakimiyyəti sərhədlərin delimitasiya və demarkasiyası məsələlərini davam e tdirəcək.Həmçinin o, mina xəritələri ilə bağlı məsələlərə aydınlıq gətirməlidir. Bununla yanaşı Zəngəzur dəhlizinin açılması məsələsi öz həllini tapmalıdır.