Putin-Əliyev telefon söhbəti; Qarabağın durumu araşdırıldı
Dünən Azərbaycan Respublikası və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinnin telefon söhbətində Qarabağın cari durumu araşdırılıb.
SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası prezidentinin təşəbbüsü ilə keçirilən bu telefon söhbətində Azərbaycan Respublikası və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin Qarabağda savaşın bitməsi barədə 2020-ci il on noyabr üçtərəfli razılaşmasının icrasının real cəhətləri nəzərdən keçirilib.
Cənubi Qafqaz bölgəsində nəqliyyat əlaqələri və iqtisadi əlaqələrin bərpa edilməsi üçün üçtərəfli zəmində işlərin fəallaşdırılması Azərbaycan Respublikası və Rusiya prezidentləri arasında müzakirə olunan başlıca mehvərlərdən olub.
Əliyev və Putin bir daha Azərbaycan Respublikası və Rusiyanın strateji həmkarlıqlarının gücləndirilməsinə maraqlarını elan edib, müxtəlif səviyyələrdə qarşılıqlı təmasların davam etdirilməsi zərurətini vurğulayıblar.