Dağlıq Qarabağ münaqişəsi həll olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i378418-dağlıq_qarabağ_münaqişəsi_həll_olunub
Azərbaycan Respublikasının prezidenti Qarabağ münaqişəsinin həll olunduğunu və bir daha müzakirə predmeti olmayacağını bəyan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2021 13:18 Asia/Baku
  • Dağlıq Qarabağ münaqişəsi həll olunub

Azərbaycan Respublikasının prezidenti Qarabağ münaqişəsinin həll olunduğunu və bir daha müzakirə predmeti olmayacağını bəyan edib.

SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniya , Avstriya və Litvanın xarici işlər nazirlərini, habelə Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən Qarabağ məsələsi barədə öz mövqeyini bir daha təkrarlayıb.

Azərbaycan dövlət başçısı deyib: "Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat bəzi beynəlxalq siyasətçilərin təqdim etməyə çalışdığı kimi, təkcə atəşkəs razılaşması deyil. Bu sənədə baxan hər kəs görəcək ki, o, təkcə atəşkəslə bağlı deyil, bir çox başqa məsələlərlə bağlıdır. Biz post-münaqişə vəziyyəti barədə düşünməliyik."

İlham Əliyev üstüörtülü şəkildə bəzi Qərb dövlətlərinin ATƏT Minsk Qrupu çərçivəsində münaqişənin həllinə təkid etmələrinə cavab olaraq bunları söyləyib. 

Qeyd edək ki, ABŞ və Fransa başda olmaqla bir sıra Qərb dövlətləri son zamanlar Qarabağ üçün "uzunmüddətli siyasi həll variantı"nı ortaya atmaqla rəsmi Bakını qəzəbləndirmişlər.