İyun 25, 2021 22:44 Asia/Baku
  • Azərbaycanla Ermənistan arasında ikitərəfli münasibətlər qurulmalıdır

Tanınmış politoloq Azərbaycanla Ermənistan arasında normal əlaqələrin qurulmasını müdafiə edib.

ABŞ-da mühacirətdə yaşayan politoloq Ərəstun Oruclu SəhərAzəri-yə verdiyi müsahibədə deyib ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu ikitərəfli münasibətlərin qurulmasıdır və son günlər erməni diversantların mina xəritəsi ilə mübadiləsi bunun mümkün olduğunu göstərdi.

Onun sözlərinə görə, etimadsızlığın hökm sürməsi təbiidir, zira ortada itkilər, ərazilərin işğalı və qaçqınlar məsələsi var; lakin əlaqələrdə yeni fazaya keçmək üçün bir ümid qığılcımı yaranıb və uzunmüddətli bir prosesdə bu, öz müsbət nəticəsini göstərəcəkdir.  

 

Teqlər