İyun 28, 2021 13:28 Asia/Baku
  • Tovuzda Azərbaycan ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, İyunun 27-də Azərbaycan Respublikası silahlı qüvvələrinin Tovuzdakı mövqeləri atəşə tutulub.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında deyilir: İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.-Bəyanatda deyilir.

 

Teqlər