İyun 28, 2021 14:17 Asia/Baku
  • Dağlıq Qarabağ ayrıca ölkə kimi təqdim olundu

Rusiyanın TVC (ТВ Центр) federal televiziya kanalının xəbərlər proqramında Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsindən efirə verilən "Zaqafqazskiy uzel" adlı reportajda Dağlıq Qarabağ ayrıca ölkə kimi təqdim olunub.

SəhərAzəri-nin məlumatına əsasən,reportajda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alınıb, Azərbaycanın 44 günlük müharibədəki iştirakı təxribat adlandırılıb.

Reportajda daha sonra Dağlıq Qarabağda ermənilərin çoxunun Ermənistan deyil, Rusiya pasportu almağı arzuladıqları bildirilib. Reportajda yer alan Xankəndinin erməni sakinləri müsahibələrində təhlükəsizlik üçün Rusiya vətəndaşı olmalarının və Qarabağın Rusiyanın tərkibində yer almasını istədiklərini vurğulayıblar.

TVC Moskva hökumətinin telekanalı olan TVC tərəfindən Dağlıq Qarabağın ayrı “dövlət” kimi təqdim olunmasını təsadüfi hesab etmək olarmı? Dövlətlər tərəfindən istənilən layihələrin icrası üçün ümumi fikri yoxlamaq məqsədi ilə mediadan faydalanmaları faktı bunu deməyə əsas verir ki, bu kimi reportajların Rusiyanın rəsmi dövlət telekanallarından yayımlanması bu sahədə planın mövcud olmasına dəlalət edə bilər.

Reportajda Dağlıq Qarabağın erməni sakinlərinin Rusiya vətəndaşlığını almaq istədiklərinin qabardılması da həmin məqsəd istiqamətində qiymətləndirilməlidir. 

Teqlər