Türkiyə ilə Azərbaycan Respublikasının birgə hərbi təlimləri başlayıb
Azərbaycan Respublikası və Türkiyənin silahlı qüvvələrinin "Mustafa Kamal Atatürk-2021" adlı birgə hərbi təlimləri bu gün (28 iyun) Bakının ətrafında başlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, iki ölkə arasında hərbi əməkdaşlıq çərçivəsində planlaşdırılan bu taktiki təlimlərdən məqsəd Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı münasibətlərinin yaxşılaşdırılması, komandirlərin hərbi qərar qəbuletmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.
İyunun 30-dək davam edəcək bu hərbi təlimlər, son günlər Türkiyə ilə Azərbaycan həbçiləri arasında keçirilən ikinci birgə hərbi təlimdir.
Bundan əvvəl, türk qoşunları ilə Azərbaycanın Naxçıvanda yerləşən hərbi bölmələri arasında birgə xüsusi taktiki təlimlər iyunun 21-dən 23-dək keçirilib.